Rusiyalı tualetə getdi və az qala öləcəkdi

Rusiyalı tualetə getdi və az qala öləcəkdi

Tümendə həkimlər unitaz parçaları ilə kəsilən bir nəfəri qanaxmadan zorla xilas edə biliblər.

KONKRET.az xəbər verir ki, bu barədə URA.RU saytı regional Səhiyyə İdarəsinə istinadən məlumat yayıb.

Hadisə aprelin 4-ü, şənbə günü baş verib. 36 yaşlı rus tualetə gedib və unitazın üstündə oturub. Bu zaman unitaz onun altında çatlayıb. Kəsilən parçalar sağ buduna girib. Qonşusu təcili yardım çağırıb.

Həkimlər hadisə yerinə səkkiz dəqiqədən sonra gəliblər və ilk tibbi yardım göstəriblər. Sonra isə onu xəstəxanaya aparıblar.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az