Moskvada 30 uşaqda koronavirus infeksiyası təsdiqlənib

Moskvada 30 uşaqda koronavirus infeksiyası təsdiqlənib

Moskva, 6 aprel, AZƏRTAC

Moskvada 30 uşaqda koronavirus infeksiyası təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtında koronavirus infeksiyasına yeni yoluxanlar arasında 30 uşaq var. Moskvada 591 yeni yoluxma qeydə alınıb ki, onların da 85 faizi yaşı 65-dən aşağı, 246 nəfəri 18-45 yaşlı, 204 nəfəri 46-65 yaşlı insanlardır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

AZERTAG.AZ :Moskvada 30 uşaqda koronavirus infeksiyası təsdiqlənib

Mənbə: azertag.az