Hollandiyada “COVID-19”dan ölənlərin sayı artdı

Hollandiyada “COVID-19”dan ölənlərin sayı artdı

Hollandiyada son 24 saatda koronavirus xəstəliyinə (COVID-19) yoluxanların və həyatını itirənlərin sayı açıqlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “COVID-19” haqqında məlumatı Səhiyyə Nazirliyinə bağlı Dövlət Sağlamlıq və Ətraf Mühit İnstitutunun (RİVM) verdiyi bəyanatla yenilənib.

Belə ki, son 24 saatda koronavirusa yoluxanların sayı 952 nəfər artaraq 18 min 803-ə, ölü sayı isə 101 nəfər artaraq 1867-ə çatıb.

Mənbə: www.unikal.org