Qonşu ölkədə təşviş: Qocalar küçənin ortasında qarət olunur - ANBAAN VİDEO

Qonşu ölkədə təşviş: Qocalar küçənin ortasında qarət olunur - ANBAAN VİDEO

Təqaüdçü qadını gözləyib, ardınca binaya daxil olub və onu yerə yıxaraq, ərzaq dolu arabasını əlindən alıb.

Rusiyada qeydə alınan qorxunc hadisənin görüntülərini “Tatar-İnform” paylaşıb.

Kadrlardan görünür ki, yaşlı qadın arabanı əlindən buraxmaq istəməsə də, qarətçi onu itələyir və oğurladığı mallarla hadisə yeridən qaçır. Məlumata görə, arabada təqaüdçü qadının 5000 rubldan (137 AZN) artıq pulu olub.

Şübhəli saxlanılıb. Hadisə ilə bağlı “qarət” maddəsi ilə cinayət işi açılıb.

Mənbə: www.oxu.az