“Nardaran işi”nə görə həbs edilən şəxs də əfv edildi

“Nardaran işi”nə görə həbs edilən şəxs də əfv edildi

Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında “Nardaran işi”nə görə həbs edilən 68 yaşlı vətəndaş da var.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nardaran sakini Eldar Binyədov Daxili İşlər Nazirliyinin 2015-ci il noyabrın 26-da qəsəbədə keçirdiyi əməliyyatdan 5 gün sonra evində saxlanılmışdı.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Mənbə: qafqazinfo.az