Koronavirusu fürsətə çevirən bacılara polisdən müdaxilə... - VİDEO

Koronavirusu fürsətə çevirən bacılara polisdən müdaxilə... - VİDEO

Türkiyədə məscidin həyətində "Instagram" hesabı üçün çəkiliş edən bacılara polis müdaxilə edib.

Moderator.az xəbər verir ki, gənc qızlar koronavirus səbəbi ilə məscidin boş olduğunu görüb və həyətinə daxil olaraq şəkil çəkdirmək istəyib.

Vətəndaşlar polisə iki gənc qızın əllərində şarla məscidin həyətinə girərək paltarlarını dəyişdirdiklərini və bir-birilərinin şəkillərini çəkdiklərini xəbər verib.

Hadisədən xəbər tutan polis əməkdaşları çanta dolusu paltarla məscidə gələn qızları bölgədən uzaqlaşdırıb.

Kamran

 

Mənbə: moderator.az