Koronavirusdan sağalan 104 yaşlı qadının İspan qripindən də sağaldığı MƏLUM OLDU

Koronavirusdan sağalan 104 yaşlı qadının İspan qripindən də sağaldığı MƏLUM OLDU

1918-1920-ci illərdə yayılan İspan qripindən sağalan qoca, indi də koronavirusdan sağalıb.

''Ölkə.Az'' xəbər verir ki, İtaliyanın Biella şəhərində yaşayan 104 yaşlı Ada Zanusso koronavirus xəstəliyindən sağalıb. Qocalar evində yaşayan qadın 17 mart tarixində yüksək hərarər, qusma nəfəs darlığı şikayətindən dolayı xəstəxanaya müraciət edib. Məlum olub ki, yaşlı qadın koronavirusa yoluxub. Onunla birlikdə həmin qocalar evindən xəstəxanaya yerləşdirilən 20 qoca isə həyatını itirib. Lakin Ada virusla mübarizə apararaq həyatda qalmağı bacarıb. Koronavirusdan sağalan dünyanın ən yaşlı insanı kimi tarixə düşən qocanın 100 il əvvəl meydana gələn İspan qripindən də sağaldığı məlum olub. Həkimlər qocanın hər kəsə ümid işığı olduğunu və onun sağalmasını sevinclə qeyd etdiklərini bildiriblər.

Ölkə.Az

Mənbə: olke.az