Tovuzda baş verən qətlin üstü açıldı - Mağaza sahibi oğurluğa gələn şəxsi öldürdü

Tovuzda baş verən qətlin üstü açıldı - Mağaza sahibi oğurluğa gələn şəxsi öldürdü

Tovuzda baş vermiş qətl hadisəsnin üstü açılıb, qətli törədən şəxs tutulub.

Belə ki, rayonun Əhməd Cavad küçəsində həyətyanı ərazidən keçən su arxının içərisindən bədənində kəsilmiş-deşilmiş yara izləri olan kişi meyitinin Bozalqanlı kənd sakini, 29 yaşlı Elnur Mehdiyevə məxsus olduğu və onun Abulbəyli kənd sakini, 36 yaşlı Aftandil Sultanov tərəfindən öldürüldüyü məlum olub.

İlkin araşdırma nəticəsində qətlin aprelin 4-nə keçən gecə törədildiyi üzə çıxıb. Məlum olub ki, Elnur Mehdiyev 36 yaşlı Aftandil Sultanovun həyətində yerləşən mağazaya oğurluğa girib. Nəzarət kameralarından bunu görən mağaza sahibi evdən bıçaq götürərək mağazaya gəlib və əlbəyəxa dava zamanı Elnur Mehdiyevin ürəyindən bir neçə bıçaq zərbəsi vurub. Elnur Mehdiyev Aftandil Sultanovun əlindən çıxaraq, rayonun Əhməd Cavad küçəsi istiqamətində qaçıb. Səhər saatlarında onun meyiti Əhməd Cavad küçəsindəki kanaldan tapılıb.

Qətli törədən Aftandil Sultanov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

atv.az

Mənbə: www.atv.az