Telefonuna baxarkən qatar yoluna düşən qadın ölümdən son anda xilas oldu (VİDEO)

Telefonuna baxarkən qatar yoluna düşən qadın ölümdən son anda xilas oldu (VİDEO)

Rusiyanın paytaxtı Moskvada Petrovsko-Razumovskaya metro stansiyasında bir qadın telefonuna baxarkən platformadakı boşluğu görməyərək qatar yoluna düşüb.

Qaynarinfo xəbər verir ki, relslərin üzərinə düşən qadın digər sərnişinlərin köməyi ilə xilas olub. Belə ki, qatarın yaxınlaşdığını görən sərnişinlər vahimə ilə əl hərəkətləri edərək qatarın dayanmasına nail ola biliblər.

Daha sonra qadın qatar yolundan çıxarılıb və hadisə ilə əlaqədar dindirilib.

Camal

Mənbə: qaynarinfo.az