Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

Goranboyda mikroavtobusun aşması nəticəsində 3 nəfər xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yuxarı Ağcakənd qəsəbəsindən keçən avtomobil yolunda baş verib.

"Mercedes Vito" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində biri ağır olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yüngül xəsarət alan iki yaralıya yerində tibbi yardım göstərilib. Digər sərnişin - 1983-cü il təvəllüdlü Köçəri Şirinli isə Goranboy rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az