Çernobılda yanğın törədən şəxs saxlanıldı

Çernobılda yanğın törədən şəxs saxlanıldı

Ukraynada, Çernobıl ərazisində üç gündür xeyli meşə ərazisini əhatə edən yanğını törətmiş şübhəli şəxs saxlanılıb.

Moderator.az xəbər verir ki, yanğın Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında törədilib və şüalanma çevrəsinə daxil 25 hektardan çox sahəyə yayılıb.

Yanğın meşədə dörd yerdə quru ot qalaqlarının alovlandırılması nəticəsində baş qaldırıb.

Bəzi yerli mənbələr alovun bir rus tərəfindən törədildiyi xəbərini yayıb, rəsmilər isə bunu uydurma iddia adlandırıblar.

Xatırladaq ki, 1986-cı ilin aprelində Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. 34 il ötsə də, bu qəzanın doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ qalmaqdadır.

Mənbə: moderator.az