Goranboyda "QAZ" markalı minik avtomobili yanıb

Goranboyda "QAZ" markalı minik avtomobili yanıb

Bakı. Trend:

Goranboy rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Dəliməmmədli şəhərində “QAZ” markalı minik avtomobilinin ön hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: az.trend.az