Belarusda insanlar kütləvi koronavirus testlərindən keçiriləcək

Belarusda insanlar kütləvi koronavirus testlərindən keçiriləcək

Belarusda insanlarbkütləvi koronavirus testlərindən keçiriləcək.

Open.az xəbər verir ki, məlumatı “Sputnik Belarus” yayıb.

Ölkənin vitse-prezidenti İqor Petrişenko gələn həftədən başlayaraq ölkədə gündə 3 500 insanın testdən keçəcəyini bildirib.

Məlumata görə, Belarus qonşu Rusiyadan 30 min test almaq niyyətindədir. Petrişenko hazırda ölkədə hər gün 700 koronavirus testinin istehsal edildiyini deyib. Belarus gündəlik 1 milyon tibb maskasını istehsal etməyi də planlaşdırır.

Qeyd edək ki, Belarusda 562 koronavirus daşıyıcısı təsdiqlənib, 8 nəfər isə ölüb

Mənbə: open.az