Polisi aldatmağa çalışan 66 yaşlı sürücü: “Maskamız evdə qalıb” - VİDEO

Polisi aldatmağa çalışan 66 yaşlı sürücü: “Maskamız evdə qalıb” - VİDEO

Ölkədə xüsusi karantin rejiminin olmasına baxmayaraq, təəssüf ki, hələ də karantin qaydalarını pozan şəxslər var.

BAKU.WS xəbər verir ki, gecə saatlarında bəzi vətəndaşlar Binəqədi rayonu Dövlət Yol Polisi Şöbəsi tərəfindən Novxanı kəndi ərazisində qurulan postdan qanunsuz keçməyə cəhd göstərib.

Polis əməkdaşları tərəfindən qaydaları pozanlar saxlanılaraq protokol tərtib olunub və həmin şəxslər cərimələnib.

Real.TV-nin hazırladığı süjetdən də göründüyü kimi belə sürücülərdən biri də yaşı 65-i keçən vətəndaş olub. İlk öncə həmin sürücü polisi aldatmağa çalışıb.

Polisin “necə yaşınız var?” sualına yalandan 64 deyən sürücünün əslində 66 yaşı olduğu məlum olub.

“Hələ 66-ya çatmayıb. Maskamız da var, əlcəyimiz də evdə qalıb, götürə bilmədik”, - deyə yaşlı sürücü bildirib.

Qeyd edək ki, koronavirus epidemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər martın 31-dən etibarən sərtləşdirilib və paytaxta giriş-çıxışa nəzarət gücləndirib.

Xüsusi karantin rejiminin qaydalarına əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir.

Mənbə: baku.ws