Bakıda kişi mağazadan belə oğurluq etdi - ANBAAN VİDEO

Bakıda kişi mağazadan belə oğurluq etdi - ANBAAN VİDEO

Bakının Nizami rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Oxu.Az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Babək prospekti ilə Qafqaz küçəsinin kəsişməsində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, axşam saat 21:00-da Bakı sakini, 1998-ci il təvəllüdlü Elçin Qədirov oğurluğa cəhd göstərib. Mağaza sahibinin sayıqlığı nəticəsində E.Qədirov Nizami Rayon Rolis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: www.oxu.az