Cəsədləri bu ərazilərdə basdıracaqlar - ABŞ-da ŞOK QƏRAR

Cəsədləri bu ərazilərdə basdıracaqlar - ABŞ-da ŞOK QƏRAR

ABŞ-da koronavirusdan ölənlərin sayı sürətlə artdığına görə morqlar tələbatı qarşılamır. Ən acınacaqlı vəziyyət isə Nyu-York şəhərindədir.

Metbuat.az xəbər verir ki, Nyu-York bələdiyyəsinin Mark Levine qəribə bir qərar qəbul edib. O, Twitter hesabında, epidemiyanın ömrünün artması səbəbiylə cənazələrin müvəqqəti olaraq parklarda basdırıla biləcəyini bildirib.

Levine deyib ki, hazırda 11 sentyabrda olduğu kimi məşğuluq. Xəstəxanaların morqları, cənaze evləri, qəbiristanlıqlar doludur. Təkcə virusdan ölənlər üçün deyil həm də yaşlılıq ilə əlaqədar evində ölən insanları da basdırmağa yer tapa bilmirik Meyitləri basdırmaq üçün daha çox yerə ehtiyac var.

Qeyd edək ki, ABŞ-da 356 min nəfər koronavirusa yoluxub. 10 mindən çox insan dünyasını dəyişib.

Mənbə: metbuat.az