ABŞ-da bir günə 1000-dən çox adam ölür - Dəhşətli statistika

ABŞ-da bir günə 1000-dən çox adam ölür  - Dəhşətli statistika

ABŞ-da son 4 gün ərzində hər gün 1000-dən çox insan COVİD-19 yoluxucu xəstəliyindən həyatını itirir.

“Qafqazinfo” “Worldometers”ə istinadən xəbər verir ki, ABŞ-da günlük qeydə alınan koronavirusa yoluxma halları və ölümlə nəticələnən faktların sayı rekord səviyyədə artmaqda davam edir. Belə ki, ölkədə aprelin 3-ü 1045 nəfər, aprelin 4-ü 1330 nəfər, aprelin 5-i 1165 nəfər, aprelin 6-sı isə 1255 nəfərin virusdan həyatını itirdiyi məlum olub.

Həmçinin son 4 gündə qeydə alınan günlük yoluxma faktlarının sayının 25 mini keçdiyi qeyd olunub.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünya üzrə birinci yerdə qərarlaşıb. Belə ki, ştatlar üzrə 367,650 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 10,943 nəfər isə xəstəlik səbəbindən vəfat edib.

Mənbə: qafqazinfo.az