“Zaqatala”dan nəcib addım – FOTOLAR

“Zaqatala”dan nəcib addım – FOTOLAR

Ölkəmizdə də bütün dünyada olduğu kimi koronaviurspandemiyası səbəbindən çətin günlər yaşanır.

Karantin səbəbindən bir çox iş yerləri bağlanıb,insanlar xüsusi rejimin tələblərinə uyğun olaraq evlərinə qapanıblar. Belə birdurumda xeyli vətəndaşın maddi problemləri yaranıb, gündəlik zəruri tələbatlarınödənilməsi çətinləşib.

Sevindirici haldı ki, belə çətin məqamda xeyirxahinsanlar köməyi ehtiyacı olanlara əl tutur, pandemiyadan zərər çəkənləri təkburaxmırlar.

Sport7.az xəbər verir ki, bu nəcib təşəbbüsə "Zaqatala”a klubu da qoşulub.Klub prezidenti Musa Qurbanov tapşırığı ilə icraçı direktoru İlham Ərəbov vədigər əməkdaşlar Zaqatalada yardıma ehtiyacı olanlara baş çəkib, onlarınqayğıları ilə maraqlanıblar. Daha sonra isə həmin şəxslərə gündəlik tələbatmallarından ibarət paket və maddi yardım göstərilib.

 

Mənbə: sport7.az