Koronavirusa qalib gələn 95 yaşlı kişi xəstəxanadan oynayaraq çıxdı - VİDEO

Koronavirusa qalib gələn 95 yaşlı kişi xəstəxanadan oynayaraq çıxdı - VİDEO

Türkiyədə maraqlı anlar yaşanıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, İzmir şəhərində 95 yaşlı kişi koronavirusa qalib gəlib. O, xəstəxanadan evə buraxılarkən rəqs edib.

İsmail adlı kişinin bu hərəkəti maraqla qarşılanıb. O, bununla koronavirusun ancaq yaşlıları öldürdüyünə dair mifi yox edib.

Qeyd edək ki, ötən gün İtaliyada 104 yaşlı qadın da koronavirusa qalib gəlmişdi.

Məlumat üçün bildirək ki, Türkiyədə 30 mindən çox insan koronavirusa yoluxub. Bu virusdan ölənlərin sayı 649-a çatıb.

Emin
Milli.Az

Mənbə: news.milli.az