Koronavirus testindən imtina edən şəxs dostunun evində öldü

Koronavirus testindən imtina edən şəxs dostunun evində öldü

Antalyada koronavirus testindən imtina edən şəxs dostunun evində vəfat edib.


Primetime.az xəbər verir ki, 28 mart tarixində nəfəs çatışmazlığı ilə xəstəxanaya müraciət edən 40 yaşlı Hüseyn İncirbilən adlı şəxs qonaq getdiyi dostunun evində vəfat edib. Öldükdən sonra edilən koronavirus testi isə müsbət çıxıb.


Qeyd edək ki, mərhum əvvəldən də ağciyər çatışmazlığından əziyyət çəkib.

Mənbə: primetime.az