Türkiyədə virusla bağlı vəziyyət ağırlaşır

Türkiyədə virusla bağlı vəziyyət ağırlaşır

Türkiyədə elə gün olmur ki, koronavirusa yoluxanların sayı əvvəlki göstəricidən az qeydə alınsın. Son sutkada say kəskin artıb.

Bizimyol.info xəbər verir ki, Türkiyədə daha 3892 nəfərdə virus aşkarlanıb. Bununla da ümumi say 34 min 109-a çatıb. Qardaş ölkədə 76 nəfər həyatını itirib. İndiyə qədər Türkiyədə virusdan 725 nəfər ölüb.

Jurnalistlərin qarşısına çıxan səhiyyə naziri Fahrettin Koca vəziyyətin ağır olduğunu növbəti dəfə dilə gətirib. O, vətəndaşları təmasdan maksimum uzaq dayanmağa çağırıb.

Fahrettin Kocanın sözlərinə görə, bu gün 20 mindən çox testdən istifadə olunub. İndiyə qədər cəmi 228 min nəfər testə cəlb edilib.

Nazir daha 256 nəfərin infeksiyadan yaxa qurtardığını bildirib. Beləcə, sağalanların sayı 1526-ya çatıb.

Mənbə: www.bizimyol.info