ABŞ-da sutka ərzində virusdan rekord sayda insan öldü

ABŞ-da sutka ərzində virusdan rekord sayda insan öldü

ABŞ-da son sutka ərzində koronavirusdan 1 736 nəfər dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “CNN” Con Hopkins Universitetinə istinadən xəbər verib.

Qurbanların ümumi sayı 12 722-yə çatıb.

Bildirilir ki, indiyədək sutka ərzində ölənlərin sayına görə aprelin 7-si rekord göstərici müşahidə olunub. Buna qədər analoji antirekord aprelin 4-də qeydə alınmışdı (1 344 ölüm halı).

 

Mənbə: qafqazinfo.az