Almaniyada koronavirusa yoluxanların sayı 103 min nəfəri ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 103 min nəfəri ötdü

Almaniyada koronavirusdan ölənlərin sayı 1 814 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə federativ ərazilərdən daxil olan məlumatlar əsasında hesablamalar aparan yerli “N-tv” telekanalı bildirib.

Telekanalın yerli vaxtla saat 20:25-ə olan hesablamalarına görə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 103 036 təşkil edir. Ölkədə virusa yoluxmuş 33,3 min xəstə sağalıb.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Mənbə: report.az