Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,3 min nəfəri ötdü

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,3 min nəfəri ötdü

Son bir gün ərzində Cənubi Koreyada koronavirusa 54 yeni yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi bildirib.

Qeyd edilir ki, ötən gün ölkədə virusa yoluxmuş 84 xəstə sağalıb. COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 10 384 nəfərə çatıb. Cənubi Koreyada 200 insan pandemiyanın qurbanı olub.

Ölkə epidemiologiya təhlükəsinı ən yüksəyə səviyyəyə qaldırıb. Tequ və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib. Sakinlərdən 19 aprelə qədər ehtiyac olmadıqda evlərini tərk etməməyi, idman, əyləncə və dini müəssisələri bağlamağı xahiş ediblər. Tədris ili 9 apreldən onlayn rejimdə başlayacaq.

Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində yeni pnevmaniyanın yayılması barədə məlumatlandırıb. ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb. COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur.

Mənbə: report.az