Rusiyada qəza nəticəsində dörd nəfər həyatını itirdi

Rusiyada qəza nəticəsində dörd nəfər həyatını itirdi

Rusiyanın Voronej əyalətində baş verən avtomobil qəzası nəticəsində dörd nəfər həlak olub.

“İnterfaks” xəbər verir ki, iki avtomobilin toqquşması daha beş nəfərin müxtəlif dərəcəli xəsarət almasına səbəb olub.

Onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Hal-hazırda qəzanın təfərrüatları araşdırılır.

Mənbə: paralel.az