Almaniyada koronavirusdan ölənlərin sayı 1814 nəfərə çatıb

Almaniyada koronavirusdan ölənlərin sayı 1814 nəfərə çatıb

Almaniyada koronavirus infeksiyası hallarının sayı 103 mini keçib, 1814 nəfər isə ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın n-tv telekanalı federal əyalətlərdən alınan məlumatlara əsasən məlumat yayıb.

Ölkə üzrə virusa yoluxanlardan 33,3 min insanın sağaldığı bildirilib.

 

Mənbə: apa.az