Qazaxıstanda koronavirusa yoluxanların sayı 700-ü ötdü

Qazaxıstanda koronavirusa yoluxanların sayı 700-ü ötdü

Qazaxıstanda koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların sayı 700-ü ötüb. "Bu gün ölkədə koronavirusa 704 qeydə alınma təsdiq edilib", - nazirliyin xəbərində deyilir.

Bildirilir ki, daha 7 nəfərdə COVID-19 infeksiyasına yoluxma aşkarlanıb.

Qazaxıstanda koronavirusdan altı ölüm hadisəsi qeydə alınıb, əlli bir xəstə sağalıb.

Daha əvvəl hakimiyyət ölkədə koronavirusa 697 yoluxma hadisəsi haqqında bildirib.

Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində yeni pnevmaniyanın yayılması barədə məlumatlandırıb. ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb. COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur.

Mənbə: report.az