Karantin rejimini pozan 12 nəfər həbs edilib

Karantin rejimini pozan 12 nəfər həbs edilib

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, polis tərəfindən son 24 saat ərzində 3073 nəfərin xüsusi karantin rejimi qaydalarını pozduğu müəyyən edilib. Onlar inzibati qaydada protokol tərtib edilərək cərimələnib,12 nəfər isə inzibati qaydada həbs edilib.

Mənbə: azvision.az