4 yaşlı oğlunu boğub öldürən qadının ifadəsi TÜK ÜRPƏTDİ - FOTO

4 yaşlı oğlunu boğub öldürən qadının ifadəsi TÜK ÜRPƏTDİ - FOTO

Türkiyənin Denizli şəhərində dörd yaşlı oğlu Əlini boğaraq öldürüb polisə təslim olan 35 yaşlı Nagihan K. tükürpədici ifadə verib.



BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, basketbol məşqçisi olan qadın oğlunu kağıza yazılan yazını oxuya bilmədiyi üçün boğduğunu etiraf edib.



Hadisə gecə saatlarında baş verib. Nagihanın yoldaşı isə həmin vaxt işlə bağlı xaricdə olub.



Polisə ifadəsində qadın oğlunun boğazından sıxdığı zaman uşağın dəfələrlə "Ana, etmə!" deyə yalvardığını və ondan xilas olmaq üçün qollarını dırnaqları ilə cızdığını danışıb.



Psixoloji problemləri olduğu iddia edilən Nagıhan K. ifadə verdikdən sonra cinayət işi məhkəməyə yönləndirilib.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az