Ukrayna ordusunun mülki işçisi koronavirusdan ölüb

Ukrayna ordusunun mülki işçisi koronavirusdan ölüb

Ukraynanın İvano-Frankivsk bölgəsində yerləşən hərbi hissədə işləyən qadın yeni növ koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin rəsmisi Aleksey Mazepa məlumat verib.

Qeyd edilir ki, ümumilikdə Ukrayna ordusunda 4 nəfər koronavirusa yoluxub, onlardan birinin vəziyyəti ağırdır.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az