"Sağalanlar arasında 82 yaşlı xəstə də var"

"Sağalanlar arasında 82 yaşlı xəstə də var"

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı indiyə qədər yoluxanların və ölənlərin statistikasını açıqlayıb.
Primetime.az xəbər verir ki, Azərbaycanda 2 yaşdan 90 yaşa qədər bu virusa yoluxanlar mövcuddur. Sağalanlar arasında isə 82 yaşlı xəstəmiz də var: "Koronavirusu pis keçirmək bütün yaş dövrlərinə aid ola bilər. Bu, bədənin xəstəliklə mübarizəsindən asılıdır".


Həmçinin ölənlərin statistikasından da danışılıb: "İndiyə qədər ölənlərin hər birində paralel gedən xəstəliklər aşkarlanıb. Şəkər, ürək-damar xəstəliyi, əlavə təsirləri çox olan dərmanların qəbulu və s. kimi problemlər koronavirusla mübarizəni daha da çətinləşdirir".

Mənbə: primetime.az