Mer arvadını həbs etdirdi: karantinə görə...

Mer arvadını həbs etdirdi: karantinə görə...

ABŞ-ın İllinoys ştatında yerləşən Olton şəhərinin meri Brantd Uoker arvadını həbs etdirib. Buna səbəb onun arvadının koronavirus pandemiyasına görə tətbiq edilən karantin qaydalarını pozmasıdır.

Moderator.az xəbər verir ki, karantin qərarı qüvvəyə minəndən şəhərin polis heyətinə ciddi yoxlamalar aparmağı, hər cümə və şənbə günləri bütün bar və klublarda reydlər keçirməyi tapşıran merin arvadı karantinin ikinci günü "Hirams Tavern" adlanan barda yaxalanıb.

Polislərin onun arvadını saxlaması xəbərini mer öz “Feysbuk” səhifəsində yayıb. Brantd Uoker şəhər sakinlərinə müraciətində üzrxahlıq da edib: "Mən polis şefinə tapşırdım ki, başqaları ilə necə rəftar olunursa, mənim arvadımla da eyni cür davranılsın. Mənim qadınımın xüsusi səlahiyyətləri yoxdur və ona güzəşt edilə bilməz. Bara getməyi, qanunu pozmaq qərarını o özü verib. "Evdə qal" xəbərdarlığına məhəl qoymayan arvadımın bu hərəkətinə, baş vermiş insidentə görə utanıram və Olton sakinlərindən üzr istəyirəm".

Oltonda karantin qaydalarını pozan şəxsləri 2500 dollar cərimə, yaxud 1 illik həbs cəzası gözləyir.

Mənbə: moderator.az