Britaniyada daha 828 nəfər koronavirusdan öldü

Britaniyada daha 828 nəfər koronavirusdan öldü

Böyük Britaniyada son sutka ərzində 828 nəfər koronavirusun qurbanı olub. Azvision.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Bildirilib ki, ən çox ölüm faktı (201 nəfər) paytaxt Londonda qeydə alınıb.

Şotlandiyada ölənlərin sayı 366, Uelsdə 245, Şimali İrlandiyada isə 78 nəfərdir. Bununla da Böyük Britaniyada pandemiya qurbanların sayı 7172 nəfər olub.

Şahanə Rəhimli

Mənbə: azvision.az