Avtobus sürücüsü koronavirusdan ÖLDÜ - FOTO

Avtobus sürücüsü koronavirusdan ÖLDÜ - FOTO

Britaniyada 36 yaşlı avtobus sürücüsü Emeka yeni növ koronavirus infeksiyasından ölüb.



BiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.



Emekanın 62 yaşlı anası Anna Nyak oğlunun koronavirus pandemiyasına baxmayaraq, sürücü işləməli olduğunu deyib. Onun sözlərinə əsasən, Emeka ehtiyat tədbirlərinə riayət edib və mümkün qədər evdə qalmağa çalışıb, lakin ona iş yerində qoruyucu vasitələr verilməyib və nəqliyyat vasitəsi dezinfeksiya olunmayıb.



7 yaşlı oğul atası Emeka iki həftədən çox evdə təcrid olunaraq koronavirusla mübarizə aparıb, lakin aprelin 4-də xəstəlik ona qalib gəlib.



Anası oğluyla vidalaşa bilmədiyini deyib:



"O, qorxu içində idi və boğulurdu. Vəziyyəti son dərəcə ağırlaşmışdı. Dayanmadan təcili yardımın nə zaman gələcəyini soruşurdu. Mənə dediyi son söz isə "Mən sağalmayacam, ana" olub. Həkimlər məni otaqdan çıxartdıqdan sonra bir daha oğlumu görmədim"



Mayın 6-da London meri Sadiq Xan bildirib ki, Emeka Nyakdan əlavə, London ictimai nəqliyyat işçilərindən daha 9 nəfər koronavirusdan dünyasını dəyişib.

Anna oğlunun ölümündə şəhər merini günahlandırır. O, bələdiyyə sədrinin vətəndaşlara təhlükəsizlik və gigiyena tələblərinə cavab verən iş şəraiti yaratmalı olduğunu bildirib:





“Cəmiyyətin rifahı üçün çalışan sürücülərin yoluxma riskinin yüksək olması çox kədərlidir. Onlar çirkli avtobuslarda heç bir qoruyucu vasitə olmadan işləyirlər. Merin atası da avtobus sürücüsü olub. Anlaya bilmirəm, vətəndaşların şəhərdə hərəkət etməsinə yardım edən insanlara necə laqeyd yanaşa bilir?"







Natəvan Baxşiyeva

 

Mənbə: big.az