İranda sel fəlakəti-26 ÖLÜ

İranda sel fəlakəti-26 ÖLÜ

İranın cənub bölgələrində güclü yağışlar nəticəsində yaranan sel fəlakətində ölənlərin sayı 26 nəfərə çatıb.

SONXEBER.AZ xəbər verir ki, İran Təcili Yardım Qurumunun mətbuat katibi Mujteba Halidi, İran Tələbə Xəbər Agentliyinə (ISNA)" bildirib ki, 22 mart tarixindən etibarən ölkədə daşqınlar səbəbiylə 26 adam ölüb.

Mətbuat katibi Halidi, son 24 saat ərzində Yezd vilayətində sel nəticəsində bir adamın öldüyü, bir adamın itkin düşdüyü, mərkəzi əyalətdə bir nəfərin yaralandığını deyib.

Martın 22-dən etibarən İranın cənub-şərqində leysan yağışların yaratdığı sel fəlakətində kənd təsərrüfatı sahələri və infrastruktura da ciddi ziyan dəyib.

Qeyd edək ki, Halidi, aprelin 1-də etdiyi açıqlamasında sel fəlakətində ölənlərin sayının 21 nəfər olduğunu demişdi.

F.Ağayeva

Mənbə: sonxeber.az