Kürdəmirdə qadının evindən oğurluq edən şəxs tutuldu

Kürdəmirdə qadının evindən oğurluq edən şəxs tutuldu

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon sakini Əhmədova Xəyalə Elxan qızı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək, naməlum şəxslərin ona məxsus yaşayış evinə qanunsuz daxil olaraq, oradan təxminən 2 000 manat dəyərində müxtəlif adda əşyaların oğurlanmasını bildirib.

Bununla bağlı Kürdəmir RPŞ Cinayət Axtarış Bölməsinin (CAB) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluğu törədən 21 yaşlı Kürdəmir rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hacıyev Elməddin İsrail oğludur.

Dərhal Kürdəmir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Elməddin Hacıyev saxlanılaraq polis şöbəsinə gətirilib.

İlkin dindirmə zamanı o, etdiyi oğurluq əməlini etiraf edib.

Qeyd edək ki, H.Elməddin X.Əhmədovaya məxsus evə pəncərəni sındırmaq yolu ilə daxil olaraq oradan müxtəlif məişət avadanlıqları, ərzaq məhsulları, təsərrüfat təyinatlı avadanlıqlar oğurlayıb. O, ümumilikdə qadına 2 064 manat məbləğində maddi ziyan vurub.

Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq qrupunda cinayət işi açılıb, istintaq işləri aparılır.

Hazırda Kürdəmir RPŞ-də E.Hacıyevin digər oğurluq əməlini törədib törətməməyi barəsində araşdırmalar davam etdirilir.

Mənbə: report.az