Xadimə işlədiyi evdən altı min manatlıq qızıl-zinət əşyaları oğurladı

Xadimə işlədiyi evdən altı min manatlıq qızıl-zinət əşyaları oğurladı

Bakının Suraxanı rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Bu haqda Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əmircan qəsəbəsində 1963-cü il təvəllüdlü İlqar Aqilli adlı şəxsin mənzilindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaları yoxa çıxıb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, oğurluq hadisəsində zərəçəkən şəxsin evində xadimə işləyən Sultanxanım Əliyevanın (1966-cı il təvəllüdlü) iştirakı olub.

Qeyd edək ki, S.Əliyeva əvvəllər də dələduzluq ittihamı ilə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

S.Əliyeva saxlanılıb, faktla bağlı cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ötən gün paytaxtda 22 əmlak oğurluğu qeydə alınıb. Onlardan üçünün üstü açılıb. Həmçinin, əvvəllər baş vermiş 14 oğurluq hadisəsinin üstünü açmaq mümkün olub.

Ramella İbrahimxəlilova

Mənbə: www.oxu.az