İtaliyada pandemiyadan ölənlərin sayı 18 270-i keçdi

İtaliyada pandemiyadan ölənlərin sayı 18 270-i keçdi

İtaliyada son 24 saatda daha 610 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 18 279-a çatıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Bildirilib ki, koronavirusa yoluxanların sayı da daha 4 204 nəfər artaraq 143 626-ya yüksəlib.

İtaliyada koronavirusdan sağalanların sayı isə 28 470 nəfərdir.

İtaliya hazırda koronavirus qurbanlarının sayına görə dünyada birinci, yoluxma hallarının sayına görə isə ABŞ və İspaniyadan sonra üçüncü yerdədir.

Mənbə: virtualaz.org