Erməni polisi də minaya düşdü: ayağını itirdi

Erməni polisi də minaya düşdü: ayağını itirdi

Ermənistan polis bölməsinin əməkdaşlarından biri sərhədyanı ərazidə minaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, ağır yaralanan polis ayağını itirib.

Ermənistan Polisinin mətbuat xidməti faktı təsdiqləyib, ancaq polisin adını və harda minaya düşdüyünü açıqlamayıb.

Qeyd edək ki, bundan öncə gənc erməni qadın Ağrı dağının Ermənistan tərəfdə olan hissəsinə yaxın ərazidə minaya düşərək, ayağını itirmişdi.

Belə görünür ki, qonşularının torpağında gözü olan Ermənistan bütün sərhədinə mina döşəyib.

Mənbə: axar.az