"Oğlum yaxşı bilir, zibillikdə yaşayıram, onun Allahındandır" - Həbib dayının dramı - VİDEO

Həbib dayı Buzovnada zibillikdə yaşayır.

BAKU.WS xəbər verir ki, 2009-cu ildə onu maşın vurub. Elə o hadisədən sonra həyatı alt-üst olub.

Səhhətində yaranan problemlər Həbib kişini doğmalarından uzaq salıb. Yükünü çəkə bilməyiblər, beziblər ondan... O da küçələri özünə məskən seçib. O vaxtdan isti havalarda parklarda skamyalarda gecələyib, qış aylarında isə qapısı-pəncərəsi olmayan sahibsiz tikililərdə.

"Həyat yoldaşım ölüb, bir oğlum var, o da mənə baxmır. Oğlum yaxşı bilir, zibillikdə yaşayıram, onun Allahındandır", - deyir Həbib dayı.

Buzovna sakinləri ARB TV-nin "Elgizlə izlə" verilişinə müraciət edərək Həbib dayının sığınacağa yerləşdirilməsini xahiş edib. Çəkilişdən sonra ona sosial yardım göstərilib.

AyselBAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Emeri "Milan"ı çalışdıra bilər

SONRAKI XƏBƏR

Daha bir dünya ulduzu "Qalatasaray" yolunda