İki hamilə qadın koronavirusun qurbanı oldu

İki hamilə qadın koronavirusun qurbanı oldu

Meksikada son 24 saat ərzində 260 nəfər koronavirusa yoluxub, 20 nəfər həyatını itirib. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, dünyasını dəyişənlərdən ikisi hamilə qadın olub.

Hazırda Meksikada koronavirusa yoluxma hallarının ümumi sayı 3441-ə çatıb, onlardan 194-ü ölüb. Həkimlər 10 105 şübhəli halı araşdırır, koronovirusla bağlı götürülən 17 950 test mənfi nəticə verib.

Mənbə: azvision.az