Kovid-19 qurbanlarının sayı 95 mini keçdi

Kovid-19 qurbanlarının sayı 95 mini keçdi

Çinin Vuhan şəhərində ortaya çıxan və bütün dünyada həyatı iflic edən yeni tip koronavirus pandemiyası səbəbi ilə həyatını itirənlərin sayı 95.751-ə çatıb.

Primetime.az xəbər verir ki, 49.143-nün vəziyyəti ağır olmaqla 1.605.277 nəfərdə virusa yoluxma faktı aşkarlanıb. Onlardan 452.676 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Kovid-19-a ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb. Belə ki, ölkədə 16.697 nəfər ölüb, 468.895 nəfər virusa yoluxub.

Mənbə: primetime.az