Şagirdlərin pulunu mənimsəyən direktora cinayət işi başlandı

Şagirdlərin pulunu mənimsəyən direktora cinayət işi başlandı

Göyçay şəhərində şagirdlərin pulunu mənimsəyən gimnaziyanın direktoruna cinayət işi başlayıb.

“Yeni Sabah”ın xəbərinə görə, Cinayət Məcəlləsinin 179.2.3-cü (Mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi iə təqsirləndirilən İsmayılov Mehman Kərəm oğlu barəsində ibtidai istintaq yekunlaşaraq baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim Fəttahovun icraatına verilib. Cinayət işində zərərçəkmiş qismində Göyçay şəhər Səməd Vurgun adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya tanınıb.

Qeyd edək ki, Mehman İsmayılov gimnaziyanın direktoru olub, ötən il isə işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Mənbə: www.dia.az