Bakıda qadınların pulqabılarını oğurlayan cibgir saxlanılıb

Bakıda qadınların pulqabılarını oğurlayan cibgir saxlanılıb

Bakıda qadınların pulqabılarını oğurlayan cibgir saxlanılıb

Press.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.İsmayılovu saxlayıblar.

Araşdırma zamanı, onun paytaxt sakini S.Qaflanovanın çantasından, içərisində 292 manat və sənəd olan pulqabısını, R.Sadıqovanın cibindən isə pulqabısını oğurlaması müəyyən edilib.

CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: press.az