Avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs tutulub

Avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs tutulub

Bakıda avtomobillərin dövlət nömrə nişanları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər ərazisində bir neçə avtomobillərə məxsus dövlət nömrə nişanlarını oğurlayıb, digər qaçırdığı "Mercedes" markalı avtomobilə yerləşdirib.

Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: www.realtv.az