Ağdaşda evdə qaz balonu partlayıb, 1 nəfər xəsarət alıb

Ağdaşda evdə qaz balonu partlayıb, 1 nəfər xəsarət alıb

Ağdaş rayonunda evdə qaz balonu partlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Pirkəkə kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Aslanov Elnur Faiq oğlu yaşadığı evdə qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb.

O, təcili olaraq Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az