Ehtiyatsızlıqdan quyuya düşüb öldü

Ehtiyatsızlıqdan quyuya düşüb öldü

Kürdəmir rayonunda 48 yaşlı qadın quyuya düşüb boğulub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə aprelin 9-u günorta saatlarında rayonun Qocalı kəndində baş verib.

Kənd sakini, 1972-ci il təvəllüdlü Solmaz Həsənova həyətdəki quyunun yanından toyuq-cücəni uzaqlaşdırmaq istəyərkən özü yıxılaraq quyuya düşüb. Onun meyitini əri və oğlu quyudan çıxarıb.

S. Həsənovanın yüksək qan təzyiqindən əziyyət çəkdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az