Koronavirusdan sağalan 61 nəfər evə buraxıldı

Koronavirusdan sağalan 61 nəfər evə buraxıldı

Moskvanın "Kommunarka" xəstəxanasından son sutkada 61 nəfər evə yazılıb.

Cebhe.info xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi Denis Protsenko şəxsi “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda xəstəxanada koronavirusa yoluxmuş 205, pnevmaniyadan isə əziyyət çəkən 444 xəstə müalicə alır. Daha sonra baş həkim bildirib:

"Reanimasiya şöbəsində yatan 33 xəstədən 19-u süni nəfəs aparatına qoşulub. Son sutka ərzində isə xəstəxanamıza 101 nəfər daxil olub".

Xatırladaq ki, son məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 10 minə çatıb.

Sevinc Tapdıqqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info