Maskalı qadın sakinləri qorxuya saldı - Liftə və tutacaqlara... - VİDEO

Maskalı qadın sakinləri qorxuya saldı - Liftə və tutacaqlara... - VİDEO

Türkiyənin Kayseri şəhərində qəribə hadisə baş verib. Maskalı qadın liftə və pilləkanların tutacaqlarına maye sürtərkən müşahidə kamerasına düşüb.

BİG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, bina sakinləri liftin qapısına və düymələrinə naməlum mayenin çəkildiyini görüncə polisə müraciət ediblər.

Polis müşahidə kameraları vasitəsilə qadının kimliyini müəyyən edib.

Nəzarət altına alınan 37 yaşlı K.M.-nın psixoloji problemləri olduğu iddia olunur.

Hadisə yerininə gələn istintaq qrupu ilkin olaraq, yaxılan mayenin yağ olduğunu müəyyən edib.




Kayseri'de garip olay! Asansöre sıvı sürerken kameraya yakalandı...

Natəvan Baxşiyeva

 

Mənbə: big.az