Kanadadan olan 203 nəfər Trabzonda KARANTİNƏ ALINDI

Kanadadan olan 203 nəfər Trabzonda KARANTİNƏ ALINDI

Kanadada qalan və əsasən tələbələrdən ibarət olan 203 nəfər təyyarə ilə Türkiyənin Trabzon şəhərinə gətirilib.

SONXEBER.AZ millliyet.com.tr-yə istinadən xəbər verir ki, bütün dünyaya təsir edən koronavirus epidemiyasından sonra xaricdə yaşayan Türkiyə vətəndaşları vətənlərinə qayıtmağa davam ediblər.

Belə ki, türkiyəli tələbələr, işçilər və ailələri də daxil olmaqla 203 nəfər Pakistan Beynəlxalq Hava Yollarından (PİA) Kanadaya gedən şəxsi təyyarə ilə Trabzon Hava Limanına gətirilib. Trabzonda sağlamlıq müayinəsindən keçən 203 nəfər Trabzon Böyükşəhər Bələdiyyəsinə aid avtobuslarla Ortahisar mahalındakı Gülbahar Hatun yurduna yerləşdirilib.

Qeyd edək ki, koronavirusla mübarizə çərçivəsində bu insanlar 14 gün karantində qalacaqlar.

F.Ağayeva

Mənbə: sonxeber.az